Bakıdakı İslam Oyunlarına gələnlərə “Halal” yeməklər veriləcək - MENYU

Bakıdakı İslam Oyunlarına gələnlərə “Halal” yeməklər veriləcək - MENYU
11:23 10 Mart 2017
115 İdman
Ölkə mətbuatı
A- A+

Bakı 2017 İslam Həmrəyliyi Oyunları 12-25 may tarixləri arasında keçiriləcək. Yarışlarda 21 idman növü üzrə 57 dövlətin 6000-nə yaxın idmançısının mübarizə aparacağı nəzərdə tutulub.

Bəs İslam Həmrəyliyi Uyunları zamanı idmançıların qida təminatı necə həyata keçiriləcək?

Bakı 2017 Oyunlarının mətbuat xidmətinin rəhbəri Cəmilə Cəfərzadə deyib ki, idmançıların İslam ölkələrindən olduğu nəzərə alınacaq. Oyunlar keçirilən müddətdə yarış iştirakçılarına “Halal” sertifikatı almış hər bir ərzaqla təminata icazə veriləcək.

“Buraya “Halal” sertifikatı olan bütün məhsullar daxildir:

1. Bişirilmiş və emal edilmiş ət

2. Çiy ət

3. Bütün pendir növləri

Bizim təchizat zəncirində bütün ərzaq təminatçılarının “Halal” sertifikatına malik olması, eləcə də ərzaq gigiyenası standartlarına riayət olunmasına nəzarət edilir.

“Halal” olmayan tərkibdə hər hansı bir qida, belə ki, jelatin və maya kimi qeyri-halal tərkiblər çörək məhsullarına qatılmamalıdır.

Bəzi məhsullara məhdudiyyətlər qoyulsa da, “Halal” məhsullar ümumi menyunun məzmununa təsir etməyəcək. Biz bütün idmançıların pəhriz tələblərini də qarşılayacağıq”. (modern.az)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/190793.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR