Bakıda "İctimai wi-fi" layihəsi çərçivəsində işlər yekunlaşır

Bakıda "İctimai wi-fi" layihəsi çərçivəsində işlər yekunlaşır
11:32 10 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 10 mart.REPORT.AZ/ Bakıda əhalinin pulsuz internetlə təminatını nəzərdə tutan "İctimai wi-fi" layihəsi çərçivəsində işlər artıq yekunlaşdırılır. 
"Report" xəbər verir ki, Dənizkənarı Milli Park və Dövlət Bayraq Meydanının ərazisi üzrə ictimai internetdən istifadəni təmin edən avadanlıqlar (access ponit) quraşdırılıb. Layihə çərçivəsində bir sıra təhlükəsizlik tədbirləri və risklər nəzərə alınaraq proqram təminatı və şəbəkənin test mərhələsinə start verilib.
Qeyd edək ki, layihənin növbəti mərhələsi kimi Heydər Əliyev Mərkəzinin ətraf ərazilərində işlər həyata keçiriləcək. 
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyi bildirir ki, xüsusi yanaşma tələb edən memarlıq abidəsi ərazilərində işlər mütəxəssislərin nəzarəti altında həssaslıqla icra edilir: "Layihənin icrası zamanı dünya təcrübəsi nəzərə alınıb. Şəbəkənin səmərəli paylanması və təhlükəsizlik tədbirlərini nəzərə alaraq sürət həddi və saat limiti də beynəlxalq standartlara əsasən müəyyənləşdirilir. "İctimai wi-fi" üçün ilkin mərhələdə əhalinin daha çox sıx istirahət etdiyi yerlər seçilib".

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/bakida-i-ctimai-wi-fi-layihesi-cercivesinde-isler-yekunlasir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR