Kərə yağının təbii olduğunu necə anlayaq?

Kərə yağı yeməklərin hazırlanmasında ən çox istifadə olunan məhsullardan biridir.

Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A, D və E vitaminləri ilə zəngin olduğu və ondan istifadənin görmə qabiliyyətinə, dəriyə və diqqətin cəmlənməsinə müsbət təsir etdiyi deyilir.

Yağın əmələ gəlməsində 82 faiz süd yağı, su, süd şəkəri, xolestrin, suda həll olunmuş vitaminlər, protein, asitlər böyük rol oynayır.

Bundan əlavə, təbii kərə yağı xüsusi qida əlavələrindən daha çox mərkəzi sinir sisteminə dəstəkləyici təsir göstərir. Hətta bəzi dietoloqlar gündə 20 qram yağ yeyilməsinin zəruriliyini qeyd edir. Bir şərtlə ki, yağ təbii olmalıdır.

Bəs, alıb istifadə etdiyimiz yağın təbii olduğunu necə anlayaq?

Azərbaycan Milli Kulinariya Mərkəzinin (MKM) prezidenti Tahir Əmiraslanov Metbuat.az-a açıqlamasında bildirib ki, heyvanat yağlarının özünəməxsus iyi və dadı var, kəskin iy və dad vermir:

"Ərinmiş halda şəffaf olur. Heyvanat yağlarını uzun müddət qeyri-normal vəziyyətdə saxladıqda onların dadı pisləşir (bəzən qaxsıyır), spesifik iy verir və şəffaf olmur. Qoyun yağının özünəməxsus iyi və dadı var, kənardan iy müşahidə olunmur, şəffaf olur”.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR