Disneyland-ın rəqibi tikilir - FOTO

Disneyland-ın rəqibi tikilir - FOTO
11:37 10 Mart 2017
Ölkə mətbuatı
A- A+

ABŞ-ın və dünyanın ən böyük kinostudiyalarından biri olan "Paramount Pictures" Britaniyada tematik əyləncə parkı inşa etməyə başlayıb.

Məşhur "Disneyland"in rəqibi olacaq "Paramount" parkının tikintisi 3,5 milyard funt-sterlinqə başa gələcək.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Kent qraflığındakı Dartford şəhərinin yaxınlığında, Suonskombda inşa ediləcək, 50 böyük attraksiondan və 2500 yerlik kinoteatrdan ibarət park 2022-ci ildə istifadəyə veriləcək.

872 şektarlıq əraziyə malik parkda 33 min iş yeri olacaq.

Gündə 40 min nəfəri qəbul edə biləcək parkda Hollivudun mən məşhur blokbasterləri, o cümlədən "Titanic", "Transformers", "Iron Man" və "Forrest Gump" filmlərinin stilində pavilyonlarla attraksionlar da quraşdırılacaq.

Parkı "Kuwaiti European Holdings" korporasiyası inşa edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində










Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/524786.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR