Azərbaycan Ordusunu döyüşə hazırlayan “Bordo Bereli”yə SUİ-QƏSD CƏHDİ - DETALLAR

Azərbaycan Ordusunu döyüşə hazırlayan “Bordo Bereli”yə SUİ-QƏSD CƏHDİ - DETALLAR
11:38 10 Mart 2017
143 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə xüsusi təyinatlı qüvvələri olan “Bordo Bereli”lərin rəhbəri general Zəkai Aksakallıya Suriyada “Fərat Qalxanı” hərəkatında sui-qəsd cəhdi olub.

Publika.az xəbər verir ki, bu haqda təhlükəsizlik mütəxəssisi Abdullah Ağarın yazdığı “Azad Şəhid' adlı yeni kitabında yazılıb.

Kitabda sui-qəsd cəhdi bütün detalları ilə izah edilir. Ağarın yazdığına görə, sui-qəsd cəhdi Türkiyə-Suriya sərhədində yerləşən Azezdə baş verib. General 2016-cı il avqustun 24-də başlayan hərəkatın ilk günlərində sui-qəsd cəhdindən son anda xilas olub.

“Komandir Azad Suriya Ordusunun qurduğu nəzarət nöqtələrindən birində dayanaraq işlərə nəzarət edirdi. Bu zaman əraziyə yerli geyimdə olan orta yaşlı bir şəxs yaxınlaşdı. Adamın üzərindəki kamikadze kəməri və barmağının altındakı partlayış qurğusunu son anda fərq ediblər. Komandirin yanındakı kapitan cəld davranaraq üzünə vurduğu yumruğu ilə adamı yerə sərib. O, ayılana qədər də üzərindəki bombanı zərərsizləşdiriblər”, - kitabda yazılıb.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/190796.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR