BTRİB: Bakıda internet rabitəsi ilə bağlı problemlərin həlli üçün əsaslı təmir işləri aparılır

BTRİB: Bakıda internet rabitəsi ilə bağlı problemlərin həlli üçün əsaslı təmir işləri aparılır
11:42 10 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 10 mart. REPORT.AZ/ Bakı şəhərinin ərazisində ötən ilin əvvəlindən abunəçilərin qarşılaşdığı internet sürəti və kəsintilərlə bağlı problemlərin aradan qaldırılması məqsədilə kabel-kanal infrastrukturunda əsaslı təmir işləri aparılır. 
"Report" xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin Bakı Telefon Rabitəsi İB-nin (BTRİB) nümayəndəsi bildirib. 
Belə ki, artıq 10 minə yaxın quyu texniki normalara uyğun vəziyyətə gətirilib BTRİB-in xidmət ərazisində 20 788 ədəd analoji kabel-kanal quyusu var.
BTRİB-dən bildirilib ki, sistemin uzun illər normativə uyğun düzgün istifadə edilməməsi, kabel-kanal sistemində kabellərin səliqəsiz və sıx yerləşdirilməsi, montajın normativlərə cavab verməməsi bu resursun texniki istismarını mümkünsüz etmişdir: " Kabel-kanalların bu cür istismarı zədəli kabellərin demontajı zamanı digərlərinin zədələnməsinə səbəb olur və yeni kabellərin çəkilməsini qeyri-mümkün edir".
BTRİB-dən əlavə edilib ki, qurumun daxili imkanları hesabına həyata keçirilən profilaktik təmir-bərpa işləri zamanı istismarı müddəti bitmiş və zavod istehsalatı dayandırılmış qurğuşun qoruyucu qatlı kabellər zədəyədavamlı xüsusi örtüklü, müasir standartlara cavab verən optik kabellərlə əvəz edilir.

Xəbərin orijinal ünvanı: https://report.az/i-kt/btri-b-bakida-internet-rabitesi-ile-bagli-problemlerin-helli-ucun-esasli-temir-isleri-aparilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR