Ada prezidenti Ronalduya qarşı: bu, tərbiyəsizlik və arsızlıqdır

Ada prezidenti Ronalduya qarşı: bu, tərbiyəsizlik və arsızlıqdır
11:47 10 Mart 2017
78 İdman
Ölkə mətbuatı
A- A+

Madeyra şəhərində yerləşən hava limanının ulduz futbolçu Kriştianu Ronaldunun şərəfinə adlandırılması təklifi birmənalı qarşılanmayıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Madeyra adasının prezidenti Migel Albukerke buna qarşı çıxıb.

O, hava limanına Ronaldunun adının verilməsi fikrini bəyənməyib və bunu tənqid edib.
 
Albukerke "Real"ın portuqaliyalı futbolçusunun buna layiq görülməsini düzgün saymadığını bildirib: "Mənə elə gəlir ki, qəbul ediləcək qərar ədalət prinsipinə ziddi. Bu, tərbiyəsizlik və arsızlıqdı".
 
Ronaldonun adının hava limanına rəsmən iyulun 29-da verilməsi planlaşdırılır. 

Qeyd edək ki, 32 yaşlı Kriştianu Ronaldu Madeyrada anadan olub. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/524837.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR