Ali məktəblərdə hərbi kafedralar bərpa olunacaq?

“Nə qədər ki, Qarabağla bağlı məsələ həllini tapmayıb, hərbi kafedralar bərpa olunmalı, onlar fəaliyyət göstərməlidirlər”.

Bu sözləri Metbuat.az-a ali təhsil müəssisələrində hərbi kafedraların olamamasına münasibət bildirən ehtiyyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov bildirdi. Onun sözlərinə görə, hərbi kafedraların ləğvi Müdafiə Nazirliyinin keçmiş rəhbərliyinin ən bağışlanmaz səhvlərindən biridir:

“Hərbi kafedraların fəaliyyətində ciddi qüsur, nöqsanlar var idi. Amma onlar ləğv olunmamalı idi. Müharibə aparan ölkənin gəncləri, xüsusən bakalavr təhsili alan gənclərin buna ehtiyacı var. Onlar ilkin hərbi biliklərə malik olmalıdır. Bu gün hərbi xidmətə başlayan ali təhsilli gənclə orta təhsilli gənc arasında heç bir fərq yoxdur. Ali təhsilli gənclərimiz həm yaşı, həm də təcrübəsinə görə fərqlənməlidir. Əvvəllər bir qədər frəqli idi. Komanadirlər üçün də çox rahat idi. Ali təhsil alan gənclər hərbi xidmətə gələndə, bəziləri ehtiyyatda olan zabit kimi idi. Bu məsələ həllini tapmalıdır. Nə qədər ki, Qarabağla bağlı məsələ həllini tapmayıb, hərbi kafedralar bərpa olunmalı, onlar fəaliyyət göstərməlidirlər".

Ekspert əlavə etdi ki, bu gün bizim çağırışaqədər hərbi dərslər keçən müəllimlərin əksəriyyəti tasadüfi şəxslərdir:

“Bizim kifayət qədər savadlı, peşəkar zabitlərimiz var. Bu gün onların xeyli hissəsi işsizdir. Onlar pedaqoji fəaliyyətlə məşğul ola, gənc nəslə öz bacarıqlarını öyrədə bilərlər. Bu məsələyə ciddi yanaşılmalıdır”.

Xəyalə Məmmədova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR