Nazarbayevin səlahiyyətlərini azaldan Konstitusiya qüvvəyə mindi

Nazarbayevin səlahiyyətlərini azaldan Konstitusiya qüvvəyə mindi
12:03 10 Mart 2017
72 Dünya
Ölkə mətbuatı
A- A+

Qazaxıstan prezidenti Nursultan Nazarbayev “Qazaxıstan Respublikasının konstitusiyasına dəyişikliklər və əlavələrin daxil edilməsi Haqqında” qanunu imzalayıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda dövlət başçısının mətbuat xidməti bildirib.

Ölkə konstitusiyasına əlavə və dəyişiklərin edilməsi barədə qanun layihəsi martın 6-da Qazaxıstan parlamentinin Məclis və Senatının (Aşağı və Yuxarı Palata) birgə iclasında qəbul olunub. Əlavə və dəyişikliklər hakimiyyətin qanadları arasında səlahiyyətlərin yenidən bölüşdürülməsini nəzərdə tutur.

Yeni Konstitusiya parlamentin rolunu artırır və Nazirlər Kabinetinin fəaliyyətinə nəzarət etmək səlahiyyətini gücləndirir. Prezident idarəçiliyi isə dəyişməz qalır. Prezidentin bəzi səlahiyyətləri parlament və hökumətə təhvil verilir. Konstitusiya dəyişikliyi prezidentin maliyyə, iqtisadiyyat və inzibati sahələr daxil olmaqla, 35 səlahiyyətinin parlamentə təhvil verilməsini nəzərdə tutur. Ancaq islahatların 26 ildir prezident olan Nazarbayevin mövqeyində gerçək bir dəyişiklik etməsi gözlənilmir.

Xatırladaq ki, prezident Qazaxıstan Konstitusiyasına dəyişikliklər haqqında niyyətini 15 dekabr 2016-cı ildə elan edib. O, təşəbbüsü hakimiyyətin qolları arasında səlahiyyətlərin yenidən bölüşdürülməsi ehtiyacı ilə əsaslandırıb.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/190799.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR