Milli Məclisin plenar iclası başlayıb

Bu gün Milli Məclisin martın 7-də keçirilən plenar iclasının təxirə salınan ikinci hissəsi öz işinə başlayıb.

Martın 7-də keçirilən iclasın gündəliyinə Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvlərinin seçilməsi, Azərbaycan İnsan hüquqları üzrə müvəkkilinin hesabatı, “Məktəqədər təhsil haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi, “Sərhəd qoşunları haqqında”, “Əmək pensiyaları haqqında” və digər bir sıra qanunlara dəyişikliklər olmaqla, 13 məsələ daxil idi.

İclasda 5 məsələ baxılaraq qəbul edilmişdi, digər məsələlərə baxılması isə 8 mart beynəlxalq qadınlar bayramı münasibətilə martın 10-a qədər təxirə salınmışdı. //Trend


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR