Sərnişin avtobusunda tibb bacısına təcavüz etdilər - "Səni çoxdan izləyirəm"

Sərnişin avtobusunda tibb bacısına təcavüz etdilər - "Səni çoxdan izləyirəm"
12:12 10 Mart 2017
165 Dünya
Ölkə mətbuatı
A- A+

8 Mart - Qadınlar günündə Ankarada bir tibb bacısı avtobusda təcavüzə uğrayıb. Yer dəyişdirməsinə rəğmən təcavüzdən xilas ola bilməyən N.A.-nı hadisəyə müdaxilə edən bir polis xilas edib.

Ankarada özəl klinikada tibb bacısı olaraq çalışan N.A. səhər saatlarında işə getmək üçün sərnişin avtobusuna minib. N.A. avtobusda yer olmadığı üçün ayaq üstdə qalmalı olub.

Milli.Az habertürk-ə istinadən xəbər verir ki, avtobusa bir neçə dayanacaq sonra Ö.Y. adlı şəxs minib. N.A.-nın dayandığı yerə doğru yaxınlaşıb və tibb bacısının arxa tərəfinə keçərək dayanıb. Sonra N.A.-ya təcavüz etməyə başlayıb. N.A. yer dəyişdirib, ancaq Ö.Y. yenidən arxasınca gedərək təcavüzə davam edib.

Avtobusda olan bir "gizli" polis, vəziyyəti fərq edərək Ö.Y.-yə istəyini yerinə yetirməyə mane olub. Avtobusu polis bölməsinin qarşısında saxlatdırıb.

Məlum olaya görə, əsəbləri pozulan N.A. şikayət edib və Ö.Y. nəzarətə alınıb. Həmin gün Ankara Prokurorluğuna aparılan Ö.Y.-nın sorğusunun ardından barəsində həbs tələbi qaldırılıb.

Ö.Y. "zorlama" iddiası ilə həbs olunaraq Sincan Həbsxanasına göndərilib.

Başına gələn xoşagəlməz təcavüz olayını detallarıyla polisə izah edən tibb bacısı N.A.: "Avtobusda olan polis məmuru, olaya müdaxilə edərək "Bəsdir, dur artıq, səni uzun müddətdir təqib edirəm, qadınlara təcavüz edirsən"deyib.

Məhəmməd Vaqif
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/524838.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR