"Boavişta"da məni sıxışdırırlar" - Kamran Ağayev

"Boavişta"da məni sıxışdırırlar" -   Kamran Ağayev
12:17 10 Mart 2017
92 İdman
Ölkə mətbuatı
A- A+

“Artıq iki gündür heyətə dönmüşəm. Özümü yaxşı hiss edirəm. Sadəcə, tam sağalmağıma ehtiyac var. Ümid edirəm ki, növbəti aylarda özümə gələcəm".

 

Fanat.Az xəbər verir ki, bu fikirləri sport24.az-a açıqlamasında Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev bildirib. 

Portuqaliyanın “Boavişta” klubunda çıxış edən təcrübəli əlcək sahibi uzunmüddətli zədədən sonra heyətə dönüb. Ağayev artıq Portu klubu ilə birlikdə məşqlərə başlayıb: "Milli komandanın oyununu düşünürəm. Martın 26-da Almaniyaya qarşı matçda yığmamıza kömək etmək niyyətim var. Millinin oyunundan sonra isə tam müalicə olunmaq üçün çalışacam”.

 

Ağayev İslam Olimpiadasında komandamızın heyətində çıxış etmək istədiyini də bildirib: “İslam Olimpiadasında çıxış etmək istəyirəm. Əgər təklif gələrsə, sevə-sevə komandamızın şərəfini qoruyaram. Bu mənə oyun təcrübəsi baxımından da çox kömək edər”.

 

31 yaşlı qapıçı “Boavişta”dakı gələcək taleyinə də aydınlıq gətirib:  “Əvvəl də dediyim kimi, burda qalmayacam. Çünki mən daha iddialı komandalarda, Avropa Liqasında, Çempionlar Liqasında çıxış edən klubda oynamaq istəyirəm. Həm də burda vəziyyət yaxşı deyil. Dediyim kimi məni sıxışdırırlar ki, müqaviləmi artırım. Amma müqaviləyə görə özümü bədbəxt edən deyiləm. Mən Azərbaycana gəlmək istəmirəm, Avropada oynamaq istəyirəm”.


“Hazırda təkliflər varmı” sualına qapıçı belə cavab verib: “Hazırda heç bir təklif yoxdur. Amma mövsüm bitəndən sonra yəqin ki, olacaq. Daha uğurlu komandalara keçmək niyyətindəyəm. Bəlkə elə Portuqaliyada avrokuboklarda çıxış edə biləcək bir komandada oynadım”.

 

Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotboavitaquotda-mni-sxdrrlarquot-t56820.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR