Sərnişin avtobuslarında bayağı mahnılar

Sərnişin avtobuslarında sürücülərin öz zövqlərinə uyğun mahnılar dinləməsi çoxlarını narahat edir.

Dinlənilən bayağı musiqilər sərnişinlərin narahatlığına, əsəb gərginliyinə və hətta ciddi yol qəzalarına səbəb olur. Bəs, bu halların qarşısını necə almaq olar? Qanunda belə sürücülərlə mübarizənin hansı yolları var?

Bu haqda Metbuat.az-a Bakı Şəhər Dövlət Yol Polisinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov danışdı:

“Bayağı musiqilərin ictimiaiyyətin çox olduğu yerlərdə, yaxud avtobuslarda dinlənməsinin özü xətadır. Sürücü ancaq özünü yox, ətrafdakıları, yaxud avtobusdakı sərnişinləri də nəzərə almalıdır. Yol hərəkəti haqqında qanunlar, yaxud bu qanunlardan irəli gələn tələblər onları yerinə yetirmək üçün nəzərdə tutulub. İctimai nəqliyyat sürücüsü ilk növbədə səliqəli olmalı, geyiminə fikir verməli, üzünü təraş etməlidir. Salonda siqaret çəkilməməlidir. Musiqiyə qulaq asarkən mahnının səsini yüksəltməməli və bütün fikrini yola cəmləməlidir.”

Rəvan Nasiroğlu / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR