Neslihanın ərini polis saxladı

Neslihanın ərini polis saxladı
12:37 10 Mart 2017
110 Maraqlı
Ölkə mətbuatı
A- A+

Bir şirkətin dəvəti ilə Dubaya gedən aktyor Kadir Doğulu orada qaydaları pozduğu üçün polis tərəfindən saxlanılıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ilk olaraq hava limanında hərəkət qaydasını pozan aktyor polis tərəfindən saxlanıldıqdan sonra ona qarşı qeyri-insani davranış sərgilədiklərini deyib.

Daha sonra isə o, pasportunu verməkdən imtina etdiyi üçün hava limanında 4 saat saxlanılıb. Kadir yaşadıqlarını sosial mediada qeyd edib:

"...Mən bu qədər kompleksli bir polis heyəti görməmişəm. Sadəcə, "Fast track" (Sürətli keçid) xəttindən bir az kənara çıxdıq deyə kartlarımız əlimizdən alındı. Təhqir edildik, üzümüzə heç baxmadılar. Bircə söyülmədiyimiz qaldı. Dubay hava limanındakı polislər mənə ibtidai məktəbdəki müəllimləri xatırlatdı: Danışma, gülmə, baxma, durma... İnanılmazdır... 4 saat sonra çıxa bildik hava limanından. Səbəbini tam bilmirik. Sonra gəlib üzr istədilər..."

Qeyd edək ki, o, Neslihan Atagülün əridir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/524850.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR