Təyyarədə DAVA DÜŞDÜ: bütün reyslər təxirə salındı

Təyyarədə DAVA DÜŞDÜ: bütün reyslər təxirə salındı
12:42 10 Mart 2017
117 Dünya
Ölkə mətbuatı
A- A+

Tunisin "Tunisair" milli aviaşirkəti əməkdaşları arasında baş vermiş davadan sonra bütün reysləri təxirə salmaq barədə qərar verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, təyyarədə kapitan və ikinci pilotla texniki heyət arasında baş vermiş mübahisə sonunda böyük bir davaya çevrilib.

Hadisə ilə bağlı təyyarəyə polis çağrılıb. Hətta iş o qədər böyüyüb ki, Tunisin nəqliyyat nazirinin iştirakı ilə məsələnin araşdırılması üçün xüsusi operativ qərargah yaradılıb.

İlkin ehtimal olaraq mübahisənin texniki heyət üçün yeni tətbiq edilmiş uniforma ilə bağlı olduğu bildirilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/524871.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR