Gəncədə iki il əvvəl törədilən quldurluq hadisəsinin üstü açılıb

Gəncədə iki il əvvəl törədilən quldurluq hadisəsinin üstü açılıb
12:42 10 Mart 2017
77 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 10 mart. REPORT.AZ/ Gəncə sakininin başına küt alətlə vurmaqla külli miqdarda pulunu quldurluq yolu ilə alan şəxslər saxlanılıb.
"Report"un xəbərinə görə, Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2015-ci ilin dekabr ayında Gəncə şəhər sakini Kəmaləddin Əliyevin baş nahiyəsinə küt alət vurmaqla 3900 manat, 19 000 ABŞ dolları, 100 avro, 238 000 Rus rublu və 580 lari pulunu aparan şəxslər tutulub.
Həmin şəxslər əvvəllər məhkum olunmuş Rubail Əliyev və Yaşar Nağıyevdir.
Faktla bağlı araşdırma davam etdirilir.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/gence-sakininin-basina-kut-alet-vurmaqla-kulli-miqdarda-pulu-alinib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR