Hər gün Tanrıya yalvarır, dua edirik. Dua edirik ki, bu balacanın dərdinə çarə tapılsın.

49 yaşlı Srey Pov ağlayır. Onun oğlu, 6 yaşlı Pektra Pov ağır xəstədir, şikəstdir.

Milli.Az AsiaOne-a istinadən bildirir ki, 6 yaşlı Pektra Kambocanın Siem-Rip şəhərindəki ailədə doğulub.

Pektranın başında dərinliyi təqribən 10 sm olan dəlik var. Bu dəlik uşağın alnından başlayaraq kəlləsinin arxasınadək uzanır. Ən pisi isə odur ki, dəlik sürəkli olaraq dərinləşir və böyüyür.

Pektranın nənəsi, 57 yaşlı Torn Honqun dediyinə görə, hər həftəsonu Anqkor-Vatt məbədinə gedir, orada nəvəsinin sağalması, dərdinə çarə tapılması üçün dua edir.

Tornun dediyinə görə, nəvəsi doğulanda onun başında kiçik dəlik vardı. Yarıq formasında olan bu dəlik böyük deyildi və həkimlər müayinədən sonra mərəzin müalicəsinin olmadığını deyiblər.

40 yaşlı Srey isə deyir ki, oğlunun problemi olduğunu hamiləliyinin 7-ci ayında aşkarlayıb: "Hamiləliyin yeddinci ayında olanda ultrasəs müayinəsinə getdim. Orada bilindi ki, bətnimdəkti oğlumun başında dəlik var. Həkimlər bu xəstəliyin müalicəsini bilmədiklərin söylədilər. Oğlum doğuldu və 5 yaşına çatana qədər əmcəyim bərkimədi. Başında su yığılırdı".

Pektranın xəstə olduğunu görən atası ailəni tərk edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Zavallı uşaq: başındakı dəlik fasiləsiz böyüyür - VİDEO - FOTOZavallı uşaq: başındakı dəlik fasiləsiz böyüyür

Zavallı uşaq: başındakı dəlik fasiləsiz böyüyür - VİDEO - FOTO
Zavallı uşaq: başındakı dəlik fasiləsiz böyüyür - VİDEO - FOTO