“Məktəblinin dostu” layihəsinin iştirakçılarına sertifikatlar verilib

“Məktəblinin dostu” layihəsinin iştirakçılarına sertifikatlar verilib
12:42 10 Mart 2017
139 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 10 mart. REPORT.AZ/ “Məktəblinin dostu” pilot layihəsinin iştirakçısı olan məzun "ASAN Könüllüləri"nə sertifikatların təqdim olunması mərasimi keçirilib.
"Report"un xəbərinə görə, tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva iştirak ediblər.
Təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, “Məktəblinin dostu” bu tədris ilindən etibarən “Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”na əsasən həyata keçirilir: "Müəllim-şagird-valideyn üçbucağında münasibətlərin daha səmərəli müstəviyə çıxarılması baxımından məktəblinin dostunun üzərinə mühüm vəzifələr düşür".
"ASAN Xidmət"in sədr müavini Ülvi Mehdiyev könüllük fəaliyyətinin əhəmiyyətindən danışaraq bu hərəkatın inkişafının gənclərin mövcud bilik və bacarıqların daha da təkmilləşməsindəki rolunu xüsusi vurğulayıb.
BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva isə paytaxtın 30 ümumthsil müəssisəsini əhatə edən layihə üzrə 112 nəfər əməkdaşın çalışdığını əlavə edib: "Bu gün məktəblərdə sağlam mühitin formalaşması ən vacib şərtlərdən biridir. Bu birbaşa təhsil keyfiyyətinin yüksəlməsinə şərait yaratmış olur. Dərsdən yayınma hallarının vaxtında alınması da əsas məsələdir. Bu layihə vasitəsilə bu işlərin öhdəsindən gəlinib".
Tədbirin sonunda “Məktəblinin dostu” seçilən şəxslərə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, “Məktəblinin dostu” pilot layihəsi üzrə seçilən şəxslər ötən ilin dekabr ayından fəaliyyətə başlayıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/mekteblinin-dostu-layihesinin-istirakcilarina-sertifikatlar-verilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR