Foreign Policy News: "Radio Free Europe" Azərbaycana qarşı məqsədyönlü kampaniya həyata keçirir

Foreign Policy News: "Radio Free Europe" Azərbaycana qarşı məqsədyönlü kampaniya həyata keçirir
12:42 10 Mart 2017
84 Ölkə
Ölkə mətbuatı
A- A+

Qərb KİV-ləri, xüsusilə də "Radio Free Europe/Radio Liberty" (Azadlıq radiosu) Azərbaycana qarşı məqsədyönlü kampaniya həyata keçirir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Foreign Policy News" jurnalında dərc olunan məqaləsində jurnalist Maayan Yaffe-Hoffman yazıb.

Məqalədə qeyd olunur ki, təşkilatın özünü azad mətbuatın qərəzsiz üzvü kimi təqdim etməsinə baxmayaraq, faktlar başqa şeyi əks etdirir: "Bir neçə il mən bildirmişdim ki, "Azadlıq radiosu"nun hədəfinə ABŞ-ın müttəfiqi Azərbaycan düşüb. Sonra müşahidə etdim ki, bir ay ərzində "Azadlıq radiosu" Azərbaycan haqqında 30-dan çox məqalə və videorolik dərc edib. Bunların heç birində ölkədə açıq, tolerant cəmiyyətin qurulması ilə bağlı səylər və ya ABŞ-la və İsraillə dostluq və beynəlxalq əməkdaşlıq qeyd olunmayıb. Bunun əvəzində ABŞ-ın Xəzər regionundakı stabil müttəfiqi olan Azərbaycanın qapalı və antidemokratik cəmiyyət olduğu vurğulanıb".

Müəllifin fikrincə, "Azadlıq radiosu"nda bu gün də anti-Azərbaycan gündəm davam edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/524873.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR