Fazil Mustafa: “Artıq ölkədə narkomaniyaya qarşı ciddi mübarizə başlanmalıdır”

Fazil Mustafa: “Artıq ölkədə narkomaniyaya qarşı ciddi mübarizə başlanmalıdır”
12:43 10 Mart 2017
113 Ölkə
Ölkə mətbuatı
A- A+

Millət vəkili Fazil Mustafa parlamentin martın 10-da keçirilən növbəti plenar iclasında çıxışı zamanı tütün məmulatları ilə bağlı yeni qanun layihəsinin hazırlanmasını müsbət addım kimi qiymətləndirib.

Publika.az xəbər verir ki, F. Mustafa belə bir sənədin hazırlanmasını və qəbulunu olduqca vacib hesab edib:

“Artıq ölkədə narkomaniyaya qarşı ciddi mübarizə başlanmalıdır. Narkomaniya çox ciddi bəladır. Düzdür, narkomaniyanın qarşısının alınması üçün bizdə hələ də tam tibbi müayinə-müalicə mümkün deyil, mentalitetimizdən də irəli gələn məqamlar var. Ancaq qabaqlayıcı addımların atılması baxımından belə bir qanunun qəbulu olduqca önəmlidir və vacibdir”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/190811.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR