Misirdə Ramzesin heykəli tapılıb

Misirdə Ramzesin heykəli tapılıb
12:47 10 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 10 mart. REPORT.AZ/ Misirin paytaxtı Qahirənin şərqində keçmiş Evin şəhərində, Ayn Əş-Şəms bölgəsində aparılan arxeoloji qazıntılar zamanı II Ramzesin bütünün yanında eramızdan əvvəl 1292-1190-cı illərə aid edilən iki kral heykəli aşkarlanıb.
“Report” "Anadolu"ya istinadən xəbər verir ki, bunu Misirin tarixi əsərlər naziri Mahmud Afifi bildirib.
Onun sözlərinə görə, kvarts daşından yonulan heykəlin uzunluğu 8 metrdir. 
Məlumata görə, heykəl həmin dövrdə Misiri idarə etmiş sülalənin 19-cu nəslinə aiddir.
Alimlər ehtimal edirlər ki, bu, 3 min il əvvəl Misiri idarə etmiş firon II Ramzesin heykəlidir.
Xəbərdə bildirilib ki, arxeoloji işlər Almaniya və Misir alimlərindən ibarət elmi ekspedisiya aparır.

Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/misirde-ramzesin-heykeli-tapilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR