Vergilər naziri bəzi şirkətlərin faiz gəlirlərinə yenidən baxmağı tövsiyyə edib

Vergilər naziri bəzi şirkətlərin faiz gəlirlərinə yenidən baxmağı tövsiyyə edib
12:52 10 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 10 mart. REPORT.AZ/ "Azərbaycan bir çox beynəlxalq qanunlara qoşulub. Bəzi təşkilatlarla, o cümlədən Ümumdünya Ticarət Təşkilatı (WTO) ilə müvafiq saziş imzalamağa hazırlaşır". "Report" xəbər verir ki, bunu "Şəffaflığa doğru birlikdə" mövzusunda keçirilən vergi konfransında sahibkarların suallarını cavablandıran vergilər naziri Fazil Məmmədov deyib.
F.Məmmədov qeyd edib ki, WTO-nun vergi dərəcələri ilə bağlı tələbləri var: "Azersun Holding" bir müddət əvvəl təkliflər irəli sürmüşdü. Amma WTO-nun tələbinə görə, idxal edilən və yerli istehsal olan məhsullar arasında vergi dərəcəsinin fərqli olması qəbuledilməzdir. Yəni, dempinqin qəbul edilməsi düzgün deyil".
Nazir elektron ticarətə vergi tətbiq edilməsinin haqlı olduğunu da deyib: "İdxal bir yolla olmalıdır. Amma artıq elektron ticarət adi idxalı üstələyir. Ona görə də bu, nəzarətə götürülməli idi. Mən düşünürəm ki, bu verginin tətbiqi doğrudur".
F.Məmmədov həmçinin ölkədə olan bəzi şirkətlərin faiz gəlirlərinə yenidən baxmağı tövsiyyə edib: "Burada "MasterCard"ın nümayəndəsi deydib ki, stimullaşdırıcı işlər aparılmayıb. Biz bu işləri birgə aparmalıyıq. Regionlarda 2% vergi tuturuq, sizin də xidmətlərinizə görə də haqq 2%-ə çatır. Bizə vergilərə yenidən baxmağı tövsiyyə edirsiz. Bir siz də faizlərinizə yenidən baxın".

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/vergiler-naziri-bezi-sirketlerin-faiz-gelirlerine-yeniden-baxmagi-tovsiyye-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR