Beynəlxalq Cüdo Federasiyası rəsmiləri və Azərbaycan Cüdo Federasiyasının kollektivi Fəxri Xiyabanı ziyarət edib

Beynəlxalq Cüdo Federasiyası rəsmiləri və Azərbaycan Cüdo Federasiyasının kollektivi Fəxri Xiyabanı ziyarət edib
13:02 10 Mart 2017
123 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 10 mart. REPORT.AZ/ Beynəlxalq Cüdo Federasiyasının rəsmiləri və Azərbaycan Cüdo Federasiyasının kollektivi Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər. "Report"un məlumatına görə, ziyarətçilər ulu öndərin xatirəsini ehtiramla yad edərək, abidəsi önünə əklil və gül qoyublar. 
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Saat 13:00-da isə Heydər Əliyev adına İdman Sarayında “Böyük Dəbilqə” beynəlxalq turnirinə start veriləcək.
Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş mötəbər cüdo turnirinə martın 12-də yekun vurulacaq.










Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/beynelxalq-cudo-federasiyasi-resmileri-ve-azerbaycan-cudo-federasiyasinin-kollektivi-fexri-xiyabani

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR