AFF Deniz Aytekinin idarəçiliyinə qiymət verdi

AFF Deniz Aytekinin idarəçiliyinə qiymət verdi
13:05 10 Mart 2017
89 İdman
Ölkə mətbuatı
A- A+

Çempionlar Liqasının 1/8 final mərhələsində baş tutan "Barselona" - PSJ (6:1) qarşılaşmasından sonra Deniz Aytekinin başçılıq etdiyi hakimlər briqadası ciddi tənqidlərə məruz qaldı.

Artıq Almaniya Futbol İttifaqı da təcrübəli referinin həmin oyundakı idarəçiliyinə münasibət bildirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, qurum Aytekinin idarəçiliyini müsbət qiymətləndirib. Federasiya 90-cı dəqiqədə Luis Suarezin yıxılmasına görə PSJ-nin qapısına təyin olunan penaltini "əsaslandırılmış və düzgün" hesab edib. Bundan öncə İspaniya mətbuatı Deniz Aytekinin cari mövsüm Çempionlar Liqasında bir daha idarəçilik etməyəcəyini yazmışdı. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/524855.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR