"Çox xoş hadisədir ki, Birinci vitse-prezident ilk müşavirəni məcburi köçkünlərin sosial problemlərinə həsr etdi"

"Çox xoş hadisədir ki, Birinci vitse-prezident ilk müşavirəni məcburi köçkünlərin sosial problemlərinə həsr etdi"
13:05 10 Mart 2017
89 Ölkə
Ölkə mətbuatı
A- A+

Çox xoş hadisədir ki, dünən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilk müşavirəni məhz məcburi köçkünlərin sosial qayğısı ilə, onların problemlərinin həlli ilə bağlı məsələlərə həsr etdi. Fürsətdən istifadə edərək Birinci vitse-prezident Mehriban xanım Əliyevaya məcburi köçkünlər adından öz dərin təşəkkürümüzü bildiririk.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu parlametin plenar iclasında Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.

B.Əliyev qeyd edib ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni bağçaların inşası və məktəbəqədər təhsilin təşkili ilə bağlı çox böyük işlər görülüb:

"Bu gün müzakirə edilən "Məktəbəqədər təhsil haqında" qanun layihəsi qəbul edilərsə, Bakı şəhərində təxminən 12 minə qədər uşaq məktəbəqədər təhsilə cəlb oluna bilər. Hesab edirəm ki, həmin işlərin həyata keçirilməsi üçün bu qanun layihəsi nə qədər tez qəbul edilsə, biz də bu işlərə bir o qədər tez öz töhfə verə bilərik".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/524883.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR