Məşum qəzaya səbəb olan sürücünü hansı cəza gözləyir? - HƏR ÖLÜMƏ GÖRƏ 2 İL...

Məşum qəzaya səbəb olan sürücünü hansı cəza gözləyir? - HƏR ÖLÜMƏ GÖRƏ 2 İL...
13:24 10 Mart 2017
126 Digər
Ölkə mətbuatı
A- A+

 

Dünən Bakı-Sumqayıt yolunda 5 tələbənin ölümünə, 21 nəfərin isə yaralanmasına səbəb olan sürücü Namiq Hüseynova Cinayət Məcəlləsinin 263.3 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.

 

Lent.az-ın məlumatına görə, Cinayət Məcəlləsinin bu maddəsinə əsasən təqsirləndirilən şəxs 5 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum edilir.

 

Qəza törədən şəxsin sürücülük hüququ olmasa, vəsiqənin müddəti bitsə və yaxud hər hansı bir sərxoşluq halı müəyyən olunarsa, ona verilən ittiham tövsif oluna bilər. Belə ki, sadaladığımız məsələlər və ya hansısa əlavə cinayət işi açıqlacağı təqdirdə Namiq Hüseynova verilən ittiham tövsif ediləcək. Bu zaman isə sürücünün cəzası 12 ilədək artırıla bilər. 

 

Qeyd edək ki, dəhşətli qəzaya səbəb olan 50-BN-132 dövlət qeydiyyat nişanlı "Ford" markalı mikroavtobusun sürücüsü, Sumqayıt şəhər sakini 1976-cı il təvəllüdlü Hüseynov Namiq Hüseyn oğlu dünən saxlanılıb. 

 

Onu da bildirək ki, dünən qəzada yaralanan tələbələrdən Lalə Nəsirzadənin də vəziyyəti çox ağırdır. Həkimlər onun yaşamaq şansını aşağı qiymətləndirir. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269498

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR