Siyavuş Novruzovdan sosial şəbəkələrdə şərh yazmaqla bağlı TƏKLİF

Siyavuş Novruzovdan sosial şəbəkələrdə şərh yazmaqla bağlı TƏKLİF
13:38 10 Mart 2017
Ölkə mətbuatı
A- A+

“Sovetlər Birliyində intihar, avtomobil qəzası yox idi? İnternet saytlarında daha önəmli məsələni kənara qoyub bu məsələləri populyarlığa görə önə çıxarırlar”.

Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP-ın icra katibinin müavini Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

S.Novruzov deyib ki, bir sıra saytlar intihar halları ilə bağlı xəbərləri yaymaqla, digər insanları da intihara təhrik edirlər. Onun sözlərinə görə, bəzi Avropa ölkələri intiharın sayına görə dünyada birinci yerdə gedir:

“Televiziylarımızda verilişlər hamısı cinayət xronikası verir. Tələm-tələsik informasiyanı cəmiyyətə çatdırmaqla xal qazanmaq düzgün deyil. Bu informasiyalar bəzi insanları bu mənfi istiqamətlərə yönəldir”.

Komitə sədri sosial şəbəkələrdə şərh yazmaq üçün şəxsiyyət vəsiqəsi ilə qeydiyyatın tələb edilməsini də təklif edib:

“Ölkəmizdə internet tam şəkildə azaddır. İstənilən adam istədiyini təhqir edir, başa düşmür ki, bunu hər kəs oxuyur. Saxta profil açıb istədiyi fikri yazır. Burada məsuliyyət müəyyənləşdirilməlidir. Xaricdə hər hansı bir portal yaradıb Azərbaycanın ordusu, əsgəri ilə bağlı yazılar yazırlar. Sonra ordan götürüb o xəbərləri verənlər var. Görürsən ki, onlar hansısa bir formada ölkədən qaçanlardır. Bu informasiyalar cəmiyyətə təsir edir”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ikt/190821.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR