Spikerlə deputat yenə mübahisə etdi: “5 dəqiqə ilə insan ömrü azalan deyil"

Spikerlə deputat yenə mübahisə etdi: “5 dəqiqə ilə insan ömrü azalan deyil"
13:53 10 Mart 2017
183 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə olunan zaman spiker Oqtay Əsədovla deputat Zahid Oruc arasında mübahisə yaranıb.

Publika.az xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov çıxış etmək üçün deputat Zahid Oruca 10 dəqiqəlik vaxt verib.

Bu zaman Z.Oruc 10 dəqiqənin az olmasından şikayətlənib:

“5 dəqiqə ilə insan ömrü azalan deyil. Xahiş edirəm ki, imkan verin, fikirlərimi tam ifadə edə bilim”.

Spiker Oqtay Əsədov isə Zahid Oruca iradını bildirib:

“Ay Zahid yenə camaata ağıl öyrətmə, 10 dəqiqə çıxış et, bəsindir!”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/190822.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR