Liverpul klublarına 123 il ərzində bir ilk

Liverpul klublarına 123 il ərzində bir ilk
13:57 10 Mart 2017
72 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərə Premyer Liqasında 27-ci tur 123 il ərzində bir ilklə yadda qalacaq.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 1894-cü ildən sonra ilk dəfə "Liverpul" və "Everton" çempionatda ev oyunlarını eyni həftədə keçirəcəklər. Bu, "qırmızılar"ın ev oyunlarını keçirdiyi "Anfield Road"un rekonstruksiyası ilə bağlıdır.

Avqusta qədər stadionun tribunasının bərpasını çatdıra bilməyən "Liverpul" "Börnli" ilə oyunu səfərdə oynamaq üçün federasiyaya müraciət etmiş və müsbət cavab almışdı. Buna görə "Börnli" ilə səfər və ev oyunlarının yeri dəyişmişdi.

Qeyd edək ki, 123 il öncə "Everton" evdə "Vest Bromvix Albion"u, aşağı dəstədə çempion olan "Liverpul" isə "Grimsby taun"u qəbul etmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/524888.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR