"Vikipedianın milli qanunla tənzimlənməsi real deyil" - Nazir müavini

"Vikipedianın milli qanunla tənzimlənməsi real deyil" - Nazir müavini
14:17 10 Mart 2017
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında Vikipedia internet resursu ilə bağlı narazılıq ifadə olunub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, deputat Qənirə Paşayeva deyib ki, Vikipediada Azərbaycanın tanınmış şəxsiyyətləri, coğrafi yer adları, bölgələri və sair məsələlərlə bağlı təhrif olunmuş məlumatlar yayılır: "Sanki, tariximiz qəsdən saxtalaşdırılır. Bunun qarşısı alınmalı, bu məsələ hüquqi yollarla tənzimlənməlidir".
 
Deputat domenlərlə bağlı ortaya çıxan problemlərdən narahatlığını da bildirib: "Azərbaycanı istəməyən qüvvələr, dairələr bundan ölkəmizə qarşı yararlanmağa, öz çirkin məqsədlərini bu yolla da gerçəkləşdirməyə çalışır".
 
Deputat Vüsal Hüseynov isə bildirib ki, Vikipediada hər kəs məlumatı redaktə edə bilər: "Bu problemlərlə hüquqi yollarla mübarizə  aparmaq imkanları məhduddur. Ona görə bu məsələ ilə geniş ictimaiyyət məşğul olmalıdır. Vikipediada məlumatların mühafizəsi funksiyası var. Bir məlumatı mühafizə etsən, onu sonradan redaktə etmək çətin olar".
 
Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəliyev bildirib ki, son dövrlərdə Vikipediaya mötəbər mənbə kimi istinad edilmir. Çünki Vikipediada təhriflərə yol verilir ki, bunların düzgünlüyünü sübut etmək çətinləşir: "Vikipediada istifadəçinin yaratdığı mənbə var. Bunun üçün milli səviyyədə hər hansı qanunun qəbulu və qanunla tənzimlənməsi real görünmür. Vikipediya"da Azərbaycan haqqında doğru məlumatların sayını çoxaltmalıyıq ki, axtarış zamanı Azərbaycanın həqiqətlərinə uyğun məlumatlar çıxsın. Eyni zamanda həqiqətə uyğun olmayan məlumatlara qarşı mübarizəmizi aparmalıyıq. Onların təhrif olunmasının qarşısını almalıyıq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/524910.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR