Elxan Abdullayev: "Neftçi"nin problemi yerli futbolçularla bağlıdır"

Elxan Abdullayev: "Neftçi"nin problemi yerli futbolçularla bağlıdır"
14:17 10 Mart 2017
61 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 10 mart. REPORT.AZ/ "Neftçi" futbol komandasının reportin "Report"a müsahibəsi

- Komandanız Azərbaycan Premyer Liqasının sonuncu - XXI turu çərəçivəsində "Zirə"yə 1:2 hesabı uduzdu. Ölkə kubokunu da saysaq, cari mövsümdə bu rəqiblə 5 oyundan 4-dən məğlubiyyətlə ayrılmsınız. Ümumiyyətlə, "Neftçi" heç vaxt ölkə çempionatlarında zirəlilərə qalib gələ bilməyib...
- "Zirə"ni nəyə görə zəif saymalıyıq? Yaxşı komandadır, ötən mövsüm 2-ci yeri tutub. Lakin istənilən halda, nədənsə, "Zirə" ilə oyunlarda bizdə alınmır. Niyə belə olduğunu bilmirəm. Azərbaycan Kubokunun 1/4 final mərhələsində onları mübarizədən kənarlaşdıra bildik. İlk oyunda səfərdə 3:0 qalib gəlib, evdə 1:2 hesabı ilə uduzmaqla 1/2 finala yüksəldik. Çempionatda bu rəqiblə bir oyunumuz da var. Çalışacağıq ki, tilsimi qıraq.
- "Neftçi" əksər oyunlarda yaxşı təsir bağışlasa da, nəticələr sabit deyil. Bunu nə ilə əlaqələndirirsiniz?
- Yaxşı komandaya malik olsa da, kollektiv yeni formalaşmaqdadır. Bizdə 9 yeni futbolçu var, bunu nəzərə almaq lazımdır. Get-gedə daha yaxşı oynayacağıq. Düzdür, həmişə deyirəm ki, vaxt lazımdır. Amma azarkeşlər, futbol ictimaiyyəti səbrsizliklə bizdən nəsə gözləyirlər. Futboldur da... "Zirə" "Qarabağ"ı, "Qarabağ" "İnter"i, "İnter" də "Neftçi"ni uda bilmir. Bax, belə bir halqa yaranıb. İndi özünüz qiymət verin.
- Son mövsümlərdə "Neftçi"nin əsas problemi legionerlərin özünü doğrultmamasıdır. Hazırda heyətdə sizin dönəminizdə komandaya cəlb olunan 9 əcnəbi futbolçu var. Onlar ehtimadı doğruldur?
- Hamısından razıyam. Onları bəyənməsəydim, "Neftçi"yə gətirməzdim. Əsas məsələ odur ki, azarkeşlərimiz də razı qalsınlar. Bizim problemimiz yerli futbolçularla bağlıdır. Son oyunlarda zədə səbəbi ilə Ruslan Abışov, Məqsəd İsayev və Cavid İmamverdiyev oynaya bilmədi. Onları əvəzləyənlər daha çox çalışmalıdırlar. Heç kimi pisləmək istəmirəm, amma bizdə yerli futbolçularla bağlı problem var. Seçimimiz böyük deyil.
- Azərbaycan Premyer Liqasının növbəti turunda "Qəbələ"ni qəbul edəcəksiniz. Bu oyundan nə gözləyirsiniz?
- "Qəbələ"ni udmaq lazımdır, vəssalam!

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/elxan-abdullayev-neftci-nin-problemi-yerli-futbolcularla-baglidir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR