3 günə 5 kq arıqladan kartof pəhrizi

3 günə 5 kq arıqladan kartof pəhrizi
14:18 10 Mart 2017
Ölkə mətbuatı
A- A+

Pəhriz siyahılarına yenisi də əlavə olunub.

Türkiyəli diyetolqolar iddia edir ki, kartof pəhriziylə 3 gün ərzində 5 kq-a qədər arıqlamaq mümkündür. Publika.az son vaxtlarda dəbdə olan kartof pəhrizinin menyusunu təqdim edir.

Kartof pəhrizi necə saxlanılır?

Kartof pəhrizində yalnız suda bişmiş kartof yeyilir.

1-ci gün

Səhər yeməyi: Suda bişmiş kartof və 4 qaşıq qatıq

Günorta yeməyi: Suda bişmiş kartof və 4 qaşıq qatıq

Axşam yeməyi: 8 qaşıq qatıq

2-ci gün

Səhər yeməyi: 4 qaşıq qatıq

Günorta yeməyi: Suda bişmiş kartof və 3 qaşıq qatıq

Axşam yeməyi: 8 qaşıq qatıq, suda bişmiş kartof

3-cü gün

Səhər yeməyi: Suda bişmiş kartof

Günorta yeməyi: Suda bişmiş kartof və 3 qaşıq qatıq

Axşam yeməyi: 4 qaşıq qatıq

Kartof pəhrizi təhlükəlidirmi?

Diyetoloqlar bu pəhrizlə 3 gündə 5 kq-a qədər arıqlamağı söz verir. Lakin mütəxəssislər həssas, səhhətində hər hansı problemi olan insanlara kartof pəhrizini saxlamağı qətiyyən məsləhət görmür.

Çünki qidalar tərkibində hansı maddə və elementin üstünlük təşkil etməsindən asılı olaraq qruplaşdırılır. Gün ərzində bütün qida qruplardan kifayət qədər qəbul etməliyik. Kartof pəhrizi karbonhidratlarla boldur. Odur ki, yalnız kartof yeməklə sağlam və gümrah ola bilmərsiniz.

Sağlam qidalanma nədir və necə olur?
Sağlam qidalanma balanslı qidalanma deməkdir. Balanslı qidalanma isə orqanizmi yalnız ehtiyac olduğu qidalarla təmin etməkdir. Məsələn, yediyimiz hər bir qida bir qida qrupuna aid olur. Ümumilikdə orqanizmin 5 əsas qida qrupuna ehtiyacı var. Bu qida qruplarına: karbohidrat, zülal, mineral, vitamin və liflər daxildir.

Sağlam şəkildə arıqlamağın yolları?

İlk növbədə pəhrizi yarımçıq qoymaq olmaz.

Pəhriz sağlamlığa zərər verən qidalanma vərdişlərindən xilas olmaq deməkdir və həyatınızın hər dövründə tətbiq etdiyiniz bir sistem olmalıdır.

Gün ərzində 2 litrə yaxın su için.

Pəhrizə porsiyaları kiçildərək başlayın.

Duzu və şəkəri həyatınızdan çıxardın. Yağı isə məhdudlaşdırın.

Xüsusilə də evdə mayalanmış qatıq istifadə edin.

İdmanı həyatınıza daxil edin.

Səhər yeməyini və istirahət etməyi unutmayın.

Süfrəyə heç vaxt çox ac oturub, çox tox durmayın.

Bitki çayları bədəndəki şişləri, ödəmi yox etmək üçün ən təsir vasitələrdir.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/saghlamliq/190826.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR