Bankirlər girov qoyulan əmlakın 3 il vergidən azad olunmasını təklif edirlər

Bankirlər girov qoyulan əmlakın 3 il vergidən azad olunmasını təklif edirlər
14:22 10 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 10 mart. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının problemli kreditlər üzrə balansa götürülmüş əmlakın 3 il müddətinə vergidən azad edilməsi təklif olunur. "Report" xəbər verir ki, bu təşəbbüslə "Şəffaflığa doğru birlikdə" mövzusunda Bakıda keçirilən vergi konfransında "Rabitəbank" ASC-nin İdarə Heyətinin sədri Elçin Qədimov çıxış edib. 
E.Qədimovun sözlərinə görə, banklar həmin əmlakdan istifadə etmədiyi üçün vergi tətbiqi əlavə xərclərə gətirib çıxarır: "Aparılan araşdırmalar göstərir ki, nağd ödənişlər müxtəlif ölkələrdə 1,1-1,7% arasında əlavə xərclər yaradır. Biz təklif edirik ki, POS-terminalların istehsalı ilə bağlı xüsusi güzəştlər tətbiq edilsin, həmçinin, POS-terminalların idxalı vergidən azad edilsin".
Bank rəsmisi deyib ki, xarici təcrübəyə görə, dövlət satınalamaları yalnız nağdsız qaydada aparılmalıdır: "İngiltərədə bu, tətbiq edilib və təxminən 1 mlrd. funt sterlinqə qənaət edilib".

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/bankirler-girov-qoyulan-emlakin-3-il-vergiden-azad-olunmasini-teklif-edirler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR