Prosineçki hava limanında əsəbiləşdi

Prosineçki hava limanında əsəbiləşdi
14:22 10 Mart 2017
100 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki Qətərlə oyundan qayıtdıqdan sonra Heydər Əliyev Beynəlxalq Hava Limanını əsəbi tərk edib.
 
Milli.Az sportnet-ə istinadla bildirir ki, buna xorvatiyalı mütəxəssisin müsahibə üçün tərcüməçisi Aydın Rüstəmovu uzun müddət gözləməsi səbəb olub. 
Tərcüməçisinin gəlməsini gözləyən Prosineçkinin gözləri yolda qalıb. Bu müddətdə baş məşqçi siqaret çəkib, köməkçiləri ilə söhbətləşib, ona yaxınlaşan sadə insanlarla şəkil çəkdirib. 15 dəqiqədən çox gözlədikdən sonra Prosineçki tərcüməçisiz danışmasının qeyri-mümkünlüyünü bildirərək, əhvalı pozulmuş vəziyyətdə xidməti avtomobilinə tərəf yollanıb. 

Qeyd edək ki, Azərbaycan millisi Qətərə 2:1 hesabı ilə qalib gəlib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/524896.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR