"Əl-qolumuzu sallamaq fikrimiz yoxdu" - Cavid Hüseynov

"Əl-qolumuzu sallamaq fikrimiz yoxdu" -   Cavid Hüseynov
14:37 10 Mart 2017
78 İdman
Ölkə mətbuatı
A- A+

“Rəqibin oyunlarını izləmişdik. Nəyə qadir olduqlarını bilirdik. Texniki futbola üstünlük verən komanda idi".


Fanat.Az AFFA-nın saytına istinadən xəbər verir ki, bu sözləri millimizin futbolçusu Cavid Hüseynov Qətərlə yoldaşlıq oyunu (2:1) haqda danışarkən deyib.


Səfərdəki qarşılaşmanın çətin olduğunu deyən "Qəbələ"nin kapitanı DÇ-2018-in çemə mərhələsində Bakıda Almaniya ilə keçiriləcək oyun haqda da danışıb:  "Yaratdığımız imkanlardan istifadə edib qələbə qazanmağı bacardıq. Öz oyunum haqda nəsə deməyim düzgün olmaz. Yaxşı olar ki, bu barədə mütəxəssislər fikir bildirsinlər. Komandaya yeni cəlb olunan gənc futbolçular da özlərini yaxşı tərəfdən göstərməyə çalışdılar. İndi bizi Almaniya ilə çətin oyun gözləyir. Əlbəttə, əlimizi-qolumuzu sallamaq fikrimiz yoxdur. Rəqibin adından asılı olmayaraq, nəticə qazanmaq istəyirik”.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotl-qolumuzu-sallamaq-fikrimiz-yoxduquot-t56826.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR