Azərbaycandan Ümrə ziyarətinə növbəti qrup martın 17-də yola düşəcək

Azərbaycandan Ümrə ziyarətinə növbəti qrup martın 17-də yola düşəcək
14:37 10 Mart 2017
146 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 10 mart. REPORT.AZ/ Azərbaycandan Ümrə ziyarətinə növbəti qrup martın 17-də yola düşəcək.
Bu barədə "Report"a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul işçisi, Azərbaycan Həcc missiyasının üzvü Həmdulla Babayev məlumat verib.
Onun sözlərinə görə, bu dəfə Səudiyyə Ərəbistanına 60 nəfərlik qrup gedəcək: "Bəzi insanlar işlə əlaqədar vaxtları olmadığından Ümrə ziyarətini Novruz bayramı tətili günlərində həyata keçirirlər".
H.Babayev bildirib ki, Ümrə ziyarətinə bu dəfə gedən qrupun 50 faizi 2230, 50 faizi isə 1590 dollarlıq xidmət paketindən istifadə edib. 
QMİ rəsmisi Azərbaycandan bu mövsüm ümumillikdə 260 nəfərin Ümrə ziyarətinə getdiyini də vurğulayıb.  

Xəbərin orijinal ünvanı: https://report.az/din/azerbaycandan-umre-ziyaretine-novbeti-qrup-martin-17-de-yola-dusecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR