Azərbaycandan külli miqdarda xarici valyuta və qızıl külçələrini çıxartmaq istəyən şəxslər saxlanıldılar

Azərbaycandan külli miqdarda xarici valyuta və qızıl külçələrini çıxartmaq istəyən şəxslər saxlanıldılar
14:37 10 Mart 2017
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycandan külli miqdarda xarici valyuta və qızıl külçələrini Türkiyəyə aparmaq istəyən şəxslər saxlanılıb.

Dövlət Gömrük Komitəsi və Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətlərindən Milli.Az-a daxil olan birgə məlumatda qeyd olunur:

"Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2017-ci il martın 8-də həyata keçirilmiş birgə tədbirlər nəticəsində qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədilə külli miqdarda, yəni 190.000 (yüz doxsan min) ABŞ dolları məbləğində xarici valyuta və 132.207,52 manat dəyərində ümumi çəkisi 2 kq 279,44 qram təşkil edən 5 ədəd qızıl külçələrini qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən gizli və bəyan etməməklə keçirərək Heydər Əliyev Beynəlxalq Hava Limanından təyyarə ilə Azərbaycandan Türkiyəyə aparmaq istəyən Azərbaycan vətəndaşları Elvin Yusubov, Rəşad Nəsibov və onlarla əlbir olan gömrük əməkdaşı Kamran Əhmədov saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/524921.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR