"Bərkgedən"lər yolu zəbt edib - Tədbir görüləcək? - FOTO

"Bərkgedən"lər yolu zəbt edib - Tədbir görüləcək? - FOTO
14:42 10 Mart 2017
110 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Nərimanov rayon sakini Milli.Az-a müraciət edərək Ağa Nemətulla küçəsində, 45 saylı orta məktəblə üzbəüz ərazidə minik avtomobillərinin sahibləri tərəfindən piyada səkisinin zəbt olunmasından şikayət edib: "Bu qanun pozuntusu daim müşahidə edilir, lakin heç bir tədbir görülmür. Çoxu da "bərkgedən"lərin maşınlarıdır. Qanun hamı üçün qanundursa, qoy onları da cəzalandırsınlar ki, başqalarına da dərs olsun"

Məsələ ilə bağlı Milli.Az-ın sorğusunu cavablandıran Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, edilən şikayətlər bağlı zəruri tədbirlər görüləcək:

"Təbii ki, bu dayanma-durma qaydalarının kobud şəkildə pozulması deməkdir və sürücülər buna görə qanuna əsasən məsuliyyətə cəlb ediləcəklər. Lakin bu cür məsələləri təkcə yol polislərinin öhdəsinə buraxmaq da yetərli deyil. Gərək ictimai qınaq da olsun. Bu cür hallara qarşı mübarizə aparmaq üçün onları kütləvi informasiya vasitələrində işıqlandırmağa ehtiyac var".

Yusif Nəsirli
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/524922.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR