Qəzaları faciələşdirən "ölüm bariyerləri"

Bü gün əksər yol-nəqliyyat hadisələrində insan itkisinə səbəb olan səbələrdən biri də, yol kənarında yerləşdirilən dəmir bariyerlərdir.

Yol eksperti Ərşad Hüseynov Metbuat.az-a açqılamasında bildirir ki, bu cür bariyerlər avtomobil yolunun ortasında quraşdırılmamalıdır:

“Dünya təcürbəsində dəmir bariyerlərdən istifadə olunur, amma yolun təhlükəli yerlərdində. Uçurum, dəniz kənarı olan hissələrdə, düz yolda, üstəlik yolun ortasında yox. Problem bax budur. Dəmir bariyerlər standartlara uyğun, qaydasında olmalıdır. Onu hara gəldi qoymaq olmaz”.

“Azəravtoyol” ASC-nin mətbuat xidmətininin rəhbəri Anar Nəcəfli isə qeyd etdi ki, sürücü nizam-intizama əməl etmirsə, sürət həddini aşırsa, nəinki dəmir bariyer, hətta beton bariyer belə qəzanı qaçınılmaz etmir:

“Əvvəllər qurulmuş yolların ayrıc və kənar hissələrində layihə üzrə əyri xətli dəmir tirlər quraşdırılırdı. Bəzi sürücülərin nəqliyyatı düzgün idarə etməməsi, sürət həddini aşması, hava şəraitinin yaxşı keçməməsi nəticəsində ötən il çox sayda qəzalar baş verirdi. Bu qəzalarda sürücülər həmin əyri xətli dəmir tirlərə dəyir, nəticədə, həm faciənin miqyası böyük olur, həm yol təsərrüfatına ziyan dəyirdi. Sonradan ziyan dəymiş həmin dəmir xəttlər beton bariyerlərlə əvəz olundu.

Bakı-Sumqayıt yolunun 6-cı kilometrliyindən 11-ci kilometrliyinə qədər əyri xəttli dəmir tirlər çıxarılaraq, beton maneələrlə əvəzləndi. Beton maneənin aşağı hissəsində təkər qaytarıcı reflektor deyilən hissə var. Qəza baş verərsə, onun köməyi ilə birbaşa betonla toqquşmanın qarşısı alınır”.

Xəyalə Məmmədova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR