NATO və ABŞ narahatdır

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və Rusiya prezidenti Vladimir Putin Türkiyə-Rusiya Ali Əməkdaşlıq Şurasına başçılıq edəcəklər.

Metbuat.az bildirir ki, Türkiyə ilə Rusiya arasında 2015-ci ildə yaşanan təyyarə böhranının ardından iki ölkə əlaqələrinin yaxşılaşdırılması prosesində mühüm tədbirlərdən biri bu gün Moskvada keçiriləcək. Türkiyə-Rusiya Ali Əməkdaşlıq Şurasının altıncı yığıncağına prezident Rəcəb Tayyip Ərdoğan və Rusiya dövlət başçısı Vladimir Putin başçılıq edəcək. Bununla da Ərdoğan ilə Putinin son 7 ayda 4-cü dəfə bir araya gəlmiş olacaq.

Yığıncaqda həmçinin başda Suriya və İraq olmaqla, regional inkişaf da müzakirə ediləcək.

Adil Soltan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR