Az öncə Ruhi haqqında şok xəbər yayıldı

Martın 8-də tanınmış iş adamı olan Ruhi Əliyevanın qadın cəzaçəkmə müəssisələrinin birində keçirdiyi tədbir müzakirələrə səbəb olub.

Belə ki, bəzi saytlar tədbirin Ruhi Əliyeva tərəfindən deyil, dövlətin təşəbbüsü ilə keçirildiyini yazaraq, onu yalan məlumatlar yaymaqda günahlandırıblar. Məsələylə bağlı Metbuat.az-a açıqlama verən iş adamı tədbirin onun təşəbbüsü ilə keçirildiyini qeyd edib:

“Birinci dəfə deyil ki, belə tədbir keçirirəm. Bundan öncə də belə tədbirlər keçirmişəm və şəxsən iştirak etmişəm. Mən heç kimin əməyini öz adıma çıxartmıram. Bu, məndən ötrü ayıb olar. Bəli, tədbirdə mənim çox hörmət etdiyim Elmira Süleymanovanın olması məni çox sevindirdi. Elmira xanım tez-tez məhkumlarla görüşür, onların dərdlərinə şərik olur. Bu il Xalidə xanıma müraciət etdik, o da dedi ki, Elmira xanım da orada olacaq. Mən dedim ki, fəxr edərəm ki, Elmira xanım bizim yanımızda olsun. Bu tədbiri mən təşkil etmişəm, özü də şəxsi təşəbbüsümlə baş tutub. Rəsmi şəkildə Penitensiar Xidmətə məktubla müraciət də etmişik. O sayta ayıb olsun ki, belə xəbərlər yayıb. Xəbəri aydınlaşdırmamış məlumat yaymaq omaz. Çox ayıb olsun!”.

Rəvan Nasiroğlu / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR