Bakı Metropoliteni işçi axtarır

Bakı Metropoliteni işçi axtarır
15:05 10 Mart 2017
95 Ölkə
Ölkə mətbuatı
A- A+

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti qülləli kran maşinisti peşəsi üzrə işə qəbul elan edir.

Milli.Az xəbər verir ki, vakansiya üzrə tələblər aşağıdakılardan ibarətdir:

- Əsas tələb: Qülləli kranı idarə etmə hüququnu təsdiq edən sənəd

- İş stajı: 3 ildən yuxarı

- Yaş: 25-45

- Hərbi mükəlləfiyyətli

Namizəd vəzifə üzrə bunları bilməlidir:

- Təyin edilmiş peşə təlimatına əsasən qülləli kranların təhlükəsiz istismar edilməsini;

- Kranların quruluşu və təhlükəsiz istismar qaydalarını, kran maşinistinin təlimatını və ilməkçilərin təlimatını;

- İşə başlamazdan əvvəl kranın bərkidilməsinin etibarlılığını yoxlamağı, kranın əsas hissələrini vizual baxışdan keçirməyi, istiqamətləndirici və yük qaldırıcı kanatların vəziyyətini yoxlamağı;

- İlməkçi və ya işarəçi tərəfindən verilən işarəyə əsasən yüklərin qaldırılmasını, endirilməsini;

- Elektrotexnika və çilingər işini.

İş rejimi saat 08:00-dan 17:00-dək olacaq.

Maraqlanan şəxslər "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin rəsmi veb-səhifəsinin "Karyera və əməkdaşlıq" bölməsinə daxil olub elektron müraciət formasını doldurmalıdırlar. (http://metro.gov.az/az/career/workforus) Anket doldurularkən "İşləmək istədiyiniz işin adı" xanasına "Qülləli kran maşinisti" peşəsininin qeyd edilməsi zəruridir.

Müraciət üçün son tarix martın 31-dir.

Yusif Nəsirli
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/524914.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR