ƏSA Teatrına yeni direktor təyin edilib

ƏSA Teatrına yeni direktor təyin edilib
15:12 10 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 10 mart. REPORT.AZ/ ƏSA Teatrına yeni direktor təyin edilib və bədii rəhbərin öhdəliyində olan səlahiyyətlər dəyişdirilib.
Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, ƏSA Teatrının aktyoru və direktoru Murad Məmmədov şəxsi işləri və fəaliyyətləri ilə əlaqədar olaraq direktor vəzifəsini qeyri-müəyyən zamana qədər şəxsi istəyi ilə tərk edib. Onun yerinə əvəzləyici direktor olaraq teatrın aktyoru və ədəbi hissə müdiri Orxan Adıgözəl teatrın direktor vəzifəsinə təyin edilib.
Bundan əlavə, ƏSA Teatrının bədii rəhbər vəzifəsinin öhdəliyində olan bir neçə səlahiyyətlər (bunlardan teatrın daxili nizam-intizamına nəzarət, teatra üzvlərin seçilməsi (konkret kimlərin cəlb olunması), tamaşa və tədbirlərin keçirilməsinə nəzarət və s. qeyd etmək olar) teatrın truppa müdiri vəzifəsinin öhdəliyinə verilib.
ƏSA Teatrının truppa müdiri vəzifəsinə isə Aydın Rəhimov təyin edilib. 1993-cü ildə Bakı şəhərində anadan olan Aydın Natiq oğlu Rəhimov əsasən rəqəmsal musiqi və texniki səslərin aşkar edilməsi və qurulması ilə məşğuldur. Həmçinin qrafik dizayner və reklam sahəsində fəaliyyət göstərir. ƏSA Teatrı bu sahədə onun ilk təcrübəsidir.
Bu təyinatlar teatrın təsisçisi Nihad Qulamzadə tərəfindən həyata keçirilib və səhnə ocağının daha sürətli və sağlam inkişaf etməsi məqsədini daşıyır.


Xəbərin orijinal ünvanı: https://report.az/medeniyyet-siyaseti/esa-teatrina-yeni-direktor-teyin-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR