Müşfiqin xanımının öz imzası ilə bağışladığı kitab tapıldı - FOTO

Müşfiqin xanımının öz imzası ilə bağışladığı kitab tapıldı - FOTO
15:27 10 Mart 2017
97 Ölkə
Ölkə mətbuatı
A- A+

Krımda görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin xanımı Dilbər Axundzadənin öz imzası ilə bağışladığı kitab tapılıb.

Milli.Az xəbər verir ki, bu barədə APA-ya Krımın Azərbaycanlı icmasının rəhbəri Rəhim Hümbətov məlumat verib.
 
O bildirib ki, "M. Müşfiq. Yaradıcılığı. Şeirlər" adlı kitab Krım kitabxanasında "Azərbaycan guşəsi"nin yaradılması üçün ədəbiyyat toplanan zaman aşkar olunub: "Kitabı mənə icmanın fəal üzvlərindən biri verib. Kitabda Mikayıl Müşfiqin dördlük şeirləri toplanıb. Tarix 1968-ci il göstərilib. Görünür, kitab qohumu Gülsüm xanıma bağışlanılıb". 
 
R.Hümbətov bildirib ki, kitabı Azərbaycanda kitabxanalardan birinə, yaxud muzeyə bağışlayacaqlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində



Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/524931.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR