Qadınlarda uşaqlıq yolunun genişlənməsi...

“Ağır keçirilmiş doğuşlar, çoxdöllü hamiləliklər, travmatik doğuşlar zamanı vaginal bölgənin tamlığı pozulur”.

Bunu Metbuat.az-a açıqlamasında ümumi cərrah proktoloq Ellada Manafova deyib. Onun sözlərinə görə, qadınlar uşaqlıq yolundan hava qabarcıqlarının çıxdığını hiss edirlər. Belə xəstələrdə orqazm hissinin zəifləməsi, hətta, olmaması halları müşahidə olunur.

"Çünki bu travmatik hal nəticəsində sinir uclarının pozulması baş verə bilir. Belə xanımlar vaginoplastika əməliyyatı etdirməlidir. Vaginoplastika uşaqlıq yolunun genişlənməsi zamanı aparılan əməliyyatdır. Bu əməliyyatı sadaladığım problemi olan və yenidən ana olmağı planlaşdırmayan qadınlar etdirə bilər”.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR