"Bizim Evin Qonaqları" rubrikasında növbəti görüş - FOTO

"Bizim Evin Qonaqları" rubrikasında növbəti görüş - FOTO
15:32 10 Mart 2017
Ölkə mətbuatı
A- A+

Martın 9-da Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin H.Sarabski adına Mədəniyyət Evinin "Bizim Evin Qonaqları" rubrikasının növbəti qonağı Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin Ateşesi və direktoru Ahmed Sami Elaydi ilə görüş keçirilib.

Milli.Az bildirir ki, görüş Binəqədi Mərkəzi Mədəniyyət Evində baş tutub.

İlk öncə Misir sərgisi və Nəsimi rayon MKS -nin 3 sayli filialının təşkil etdiyi Azərbaycan sərgisinə baxış keçirilib. Daha sonra qonaq üçün hazırlanmış videoçarx təqdim edilib. Görüş qonaqla sual -cavab formatında davam edib.

Tədbirdə qonaq qismində Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin 1-ci Vitse prezidenti Rasim Məmmədov və Mərkəzin Xarici Əlaqələr şöbəsinin rəhbəri Nəcəf Qənbərov, AMEA-nın Nizami adına Ədəbiyyat institutunun professoru Imamverdi Həmidov, Nəsimi rayon HİK-nin sədri Aygün Məmmədova, kitabxana və mədəniyyət evlərinin direktorları iştirak ediblər.

Rubrikanın ənənəsinə sadiq olaraq musiqili qonaq qismində tanınmış rəqqas İlham və Röya cütlüyünün ifasında Misir və Azərbaycan rəqsləri təqdim olunub.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə fotosu çəkilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində










Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/524933.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR