Əhalinin əmanətləri yanvarda 4% artıb

Əhalinin əmanətləri yanvarda 4% artıb
15:37 10 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 10 mart. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında əhalinin yerləşdirdiyi əmanətlərin ümumi həcmi 2017-cı il fevral ayının 1-nə 7 747,2 mln. manat təşkil edib.
"Report"un Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, yanvarın 1-nə olan analoji göstərici ilə müqayisədə əmanətlərin həcmi 298,5 mln. manat və ya 4% artıb.
Qeyd edək ki, 2016-ci ilin analoji dövrünə nisbətən isə əhalinin əmanətlərinin həcmi 896,1 mln. manat və ya 10,37% azalıb.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/ehalinin-emanetleri-yanvarda-4-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR