S.Ərəbistanı OPEC-in neft hasilatının azaldılması ilə bağlı qərarını uzatmayacaq

S.Ərəbistanı OPEC-in neft hasilatının azaldılması ilə bağlı qərarını uzatmayacaq
15:37 10 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 10 mart. REPORT.AZ/ Səudiyyə Ərəbistanı ABŞ-ın şist neft hasilatçısı şirkətlərinə müraciət edib. "Report" "İnvesting.ru" saytına istinadən xəbər verir ki, ABŞ-ın Hyuston şəhərində keçirilən "CERAWeek" konfransında çıxış edən S.Ərəbistanı rəsmiləri bildiriblər ki, şist neft hasilatındakı artımı dəstəkləməmək üçün onlar noyabrın 30-da Vyanada qəbul edilən OPEC və kartelə üzv olmayan ölkələrin hasilatı azaltmaq barədə qərarını uzatmayacaqlar. Qeyd edək ki, mövcud qərar 6 aylıq müddətə qəbul edilib və onun vaxtı iyun 30-da bitir.
Bununla yanaşı, konfransda OPEC sədri Məhəmməd Barkindonun hedc fondlar və şist neft hasilatçısı şirkətləri ilə görüşü keçirilib. Görüşdə hasilatın azaldılması məsələsi müzakirə olunub. Xatırladaq ki, bu həftə açıqlanan ABŞ neft ehtiyatları göstəricisinə əsasən, son 35 ilin maksimal artımı qeydə alınıb. Treyderlər ABŞ, Kanada və Braziliyada müşahidə olunan neft ehtiyatları və hasilat artımını OPEC və qeyri-OPEC ölkələrinin azaltdığı həcmdən daha çox olacağından ehtiyat edir. Analitiklər ABŞ-da bu il gündəlik neft hasilatının 330-660 min barel arta biləcəyini ehtimal edirlər.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/s-erebistani-opec-in-neft-hasilatinin-azaldilmasi-ile-bagli-qerarini-uzatmayacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR