Azərbaycanda problemli kreditlərin həcmi 11% artıb

Azərbaycanda problemli kreditlərin həcmi 11% artıb
15:47 10 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 10 mart. REPORT.AZ/ Azərbaycanda ödəmə vaxtı keçmiş kreditlərin ümumi məbləği 2017-ci il fevralın 1-nə 1 633,1 mln. manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, əvvəlki ayla müqayisədə 160,5 mln. manat və yaxud 10,9% çoxdur.
Son bir ildə isə vaxtı keçmiş kreditlər 318,5 mln. manat və yaxud 24,23% artıb.
Qeyd edək ki, bu il fevralın 1-nə problemli kreditlər ümumi kredit portfelinin 9,78%-ni təşkil edib. Bu nisbət ilin əvvəlində 8,96%, 2016-ci il fevralın 1-də isə 6,20% olub.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycanda-problemli-kreditlerin-hecmi-keskin-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR