“Çavuşoğlu lalələri görməyə gələ bilər” - ŞOK BƏYANAT

“Çavuşoğlu lalələri görməyə gələ bilər” - ŞOK BƏYANAT
15:53 10 Mart 2017
104 Dünya
Ölkə mətbuatı
A- A+

“Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu referendum üçün türk cəmiyyətindən səs istəməyə gəlsə, xoş qarşılanmayacaq”.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Niderland hökumətinin açıqlamasında deyilir.

Bildirilir ki, ölkənin xarici işlər naziri Bert Koenders türkiyəli həmkarına zəng edərək səfərə qarşı olduqlarını və gələcəyi halda rəsmi qarşılanmanın olmayacağını bildirib.

Açıqlamada baş nazir Mark Ruttenin dünən Brüsseldə keçirdiyi mətbuat konfransında mövzu ilə bağlı sözləri xatırlanıb:

“Məsələ Çavuşoğlunun Niderlanda gəlməsi deyil. Mauritius muzeyini, ya da bu mövsümdə açıbsa, lalələri görməyə gələ bilər. Amma siyasi toplantıların keçirilməsini istəmirik."

Niderlandın Rotterdam şəhərinin səlahiyyətliləri də Türkiyənin xarici işlər nazirinə türklərə müraciət etmək üçün icazə verməyib. Çavuşoğlu isə bütün maneələr və irqçi ifadələrə baxmayaraq Rotterdama gedəcəyini bildirib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/190837.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR